İrandan İsrailə açıq mesaj: "Bir şərtlə qisasdan imtina edərik..."

img

14-08-2024 [10:44]


"İran İsrailə hücum etməyə bilər. Ancaq bunun üçün şərti var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ""Reuters"ə İran yetkliləri danışıb.

Adlarının açıqlanmasını istəməyən İran rəsmiləri bildiriblər ki, İsrail və HƏMAS arasında bu həftə keçirilməsi gözlənilən görüşdə atəşkəs razılaşması əldə olunarsa, İsrailə qarşı qisas tədbirləri həyata keçirilməyəcək.

"Reuters"ə məlumat verən İran rəsmisi əlavə edib ki, əgər atəşkəs danışıqları uğursuz olarsa və ya İsrail yenə danışıqları uzadarsa, İran Hizbullah kimi müttəfiqləri ilə birlikdə birbaşa hücuma keçəcək: "İran tərəfi bundan əlavə açqıplama verməkdən imtina edib".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA