HƏMAS üzvü bir israilli əsiri öldürüb, ikisini isə yaralayıb - İsraildən xəbərə reaksiya

img

13-08-2024 [15:09]


HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın iki üzvü israilli girovlardan üçünü güllələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde Telegram kanalındakı rəsmi səhifələrində təsdiqləyib.

O bildirib ki, İsrailli əsirləri qorumaq üçün ayrılmış təşkilatın iki üzvü Qəzzada baş verənlərdən sarsılaraq bir israilli girovu güllələyərək öldürüb, digəri isə iki qadın girovu ağır yaralayıb: "Hazırda bu faktlarla bağölı araşdırma aparılır. Yaralı iki qadının həyatını xilas etmək üçün əlimizdən gələni edirik"

İsrail ordusundna verilən məlumata gərə, açıqlanana bu iddialarla bağlı dəqiqləşdirmə aparmaq mümkün deyil...

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR