Elmar Məmmədyarov: "Təklif gələrsə, ona uyğun da addım ataram" - Rusiyaya səfir postna kimlərin adları hallanır?
SİYASƏT
13.08.2024, 09:22
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı dəqiqləşdikdən sonra onun yerinə göndəriləcək namizədlər haqqında müzakirələr davam edir.
Mia.az xəbər verir ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyi təsdiqlənib. Ötən həftəsonu o, qanunlara uyğun olaraq, artıq səfir kimi fəaliyyətini müvəqqəti dayandırıb. Deputat seçiləcəyi təqdirdə isə geri çağırılacaq və onun yerinə yeni təyinat olacaq.
Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən və Rusiya sülhməramlıları ölkəmizi tərk etdikdən sonra Bakı-Moskva münasibətləri siyasi baxımdan stabillik dövrünü yaşayır. Avqustun 6-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə də Prezident İlham Əliyev bir daha iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib. Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib. Prezident deyib ki, ilk növbədə geosiyasi vəziyyətlə bağlı əməkdaşlıq son dərəcə zəruridir.
O səbəbdən Rusiyaya səfir postuna göndəriləcək şəxs iki ölkə arasında münasibətlərin spesifikliyini nəzərə almalıdır. Yəni Rusiyada səfir olmaq asan iş deyil və başqa dövlətlərdən fərqlənir. Çünki həm Rusiyada 3 milyondan çox azərbaycanlının yaşadığını nəzərə almaq lazımdır, həm də regionda gedən proseslər fonunda Bakı-Moskva əlaqələrinin əhəmiyyəti diqqətə alınmalıdır. O baxımdan, namizədlər haqqında müzakirə aparıldığı deyilir.
Bir müddət əvvəl bu strateji posta YAP-ın seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanıb. Bundan başqa, Prezidentin köməkçilərindən birinin də Rusiyaya səfir göndəriləcəyi haqda iddialar dolaşmaqdadır.
Etibarlı mənbə “Yeni Müsavat”a Rusiyaya göndərilə biləcək şəxslər arasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da adının hallandığını deyib.
Mia.az xəbər verir ki, Demokrat.az saytı bu mövzuda intriqanı artıran bir iddia haqda yazıb. Bildirilir ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Rusiyadakı səfiri təyin oluna bilər.
Yada salaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin iyulun 16-da imzaladığı sərəncamla Elmar Məmmədyarov ölkənin xarici siyasət idarəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Sərəncamdan bir gün əvvəl - iyulun 15-də Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev E.Məmmədyarovun fəaliyyətini kəskin tənqid etmişdi. Dövlət başçısının müşavirədə E.Məmmədyarovla bağlı dediklərini bir daha yada salmaqda fayda var: “Ayın 12-də (iyundakı erməni təxribatı nəzərdə tutulur-red) hadisələr baş verəndən sonra biz iş yerindəydik. Mən xarici işlər nazirini tapa bilmədim”.
Baş nazir Əli Əsədovun məruzəsində isə bəlli olmuşdu ki, Məmmədyarov evdən işləyir... Bundan əvvəl isə Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində əməliyyat keçirmiş, bir neçə nazirlik rəsmisi həbs edilmişdi...
Ola bilsin, E.Məmmədyarovun belə bir istəyi olsun, onun Rusiya hakimiyyəti, xüsusilə xarici işlər naziri Sergey Lavrovla yaxşı mümasibətləri olduğu sirr deyil. Amma onun yenidən, həm də Rusiyaya səfir kimi strateji posta qayıtması ağlabatan görünmür.
Mia.az-ın məluatına görə, Globalinfo.az-a danışan Elmar Məmmədyarov xəbəri təkzib edib.
O, belə bir təklif almadığını bildirib: “Açığı, mənə bununla bağlı heç bir təklif gəlməyib. Təklif gələrsə, ona uyğun da addım ataram. Amma ortada heç nə yoxdur axı. Həm də artıq hörmətli Polad Bülbüloğlunu deputat seçdilər? (Gülür). Mənim Polad müəllimə böyük hörmətim var. Bizim onunla tanışlığımız hətta mən nazir olmadığım illərə təsadüf edir. O, Azərbaycan üçün istər mədəniyyət, istərsə də siyasi baxımdan yaxşı işlər görüb”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyadakı səfir postunun Azərbaycan üçün xüsusi önəmi olduğunu bildirdi: “Polad Bülbüloğlunun millət vəkilliyinə namizəd olması Azərbaycanın Rusiyadakı səfir postuna kimin namizədliyinin irəli sürüləcəyi barədə məsələni aktuallaşdırıb. Polad Bülbüloğlu uzun illər Moskvada çalışdı. Azərbaycan üçün onun üstünlüyü o idi ki, gənclik illərində Rusiyada yaşamışdı. Tanınmış müğənni idi. Onu yaxşı tanıyırdılar. Səfir olduğu dönəmlərdə o, yüksək səviyyədə əlaqələr qura bilmişdi. Ona görə də indi Rusiyaya elə bir şəxs səfir göndərilməlidir ki, Rusiya hakimiyyəti ilə sıx əlaqələr qura bilsin. İndidən hansı namizədin olacağını söyləmək çətindir. Rusiya kimi ölkəyə təcrübəli, peşəkar birisi səfir göndərilməlidir. Belə bir diplomata ehtiyac var. Bunu da bir neçə amillə izah etmək olar. İlk növbədə Azərbaycan-Rusiya əlaqələrini gücləndirmək baxımından bu vacibdir. Digər tərəfdən, bəzən dövlətlərarası münasibətlərdə suallar yaranır. Bu anda çevik olmalıdır. Erməni lobbisinin də gücü olduğu ölkələrdən biri Rusiyadır. Azərbaycan əleyhinə təbliğatlarını heç zaman dayandırmırlar. Bu istiqamətdə Rusiyadakı səfirimiz ölkəmizə qarşı təbliğatın qarşısını almağı bacarmalıdır. İndidən kimin səfir olacağını söyləmək çətin olsa da, bu posta, əlbəttə, son dərəcə peşəkar, hazırcavab və təcrübəli bir diplomatın təyin olunması çox vacibdir”.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tehrana zərbə endirilib? – Paytaxtda hava müdafiə müdafiə sistemləri işə salınıb
Bugün, 00:41 GÜNDƏM
-
FİFA prezidenti: “Bir daha deyirəm: İran DÇ-2026-ya…”
Bugün, 00:22 İDMAN
-
Qalibaf: “Sərhədlərimiz uzundur, quru blokadası mümkün deyil”
Bugün, 00:15 GÜNDƏM
-
Hakan Fidan Ukrayna Milli Təhlükəsizlik katibi ilə görüşüb
Bugün, 00:11 GÜNDƏM
-
DÜNYA İQTİSADİYYATI ÜÇÜN DAHA BİR TƏHLÜKƏ ZƏNGİ ÇALINDI: Bab əl-Məndəb boğazı da qapadılacaq!
Bugün, 00:06 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
ABŞ yeni beynəlxalq koalisiya qurmağa hazırlaşır
30.04.2026, 23:14 GÜNDƏM
-
İsrail Livanı yenə vurdu – Ölənlərin sayı 22-yə çatdı
30.04.2026, 23:03 DÜNYA
-
"Neftçi" "Qarabağ"ı devirdi - "Sabah" tarixində ilk dəfə çempion oldu
30.04.2026, 22:11 İDMAN
-
Meral Akşener siyasətə dönür – Adına fond yaradıldı
30.04.2026, 22:05 SİYASƏT
-
İran prezidenti Lukaşenko ilə telefon danışığında təhlükəli anons verdi: "Yenə hücum ola bilər“
30.04.2026, 20:17 GÜNDƏM
-
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı (Yenilənib)
30.04.2026, 19:38 CƏMİYYƏT
-
Tramp Almaniya kanslerinə “ilişdi”: “Get, öz ölkənlə məşğul ol!"
30.04.2026, 19:32 DÜNYA
-
Körfəzdə enerji müharibəsi qızışır – BƏƏ OPEC-dən getdi, neft qiyməti dünyanı təhdid edir
30.04.2026, 19:08 İQTİSADİYYAT
-
Ərdoğanla Dövlət Baxçalı yenə görüşüb
30.04.2026, 19:03 DÜNYA
-
Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb
30.04.2026, 18:51 GÜNDƏM
-
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalının rəsmi tərəfdaşıdır
30.04.2026, 18:48 MƏDƏNİYYƏT
-
SÖZLƏ, ZƏHMƏTLƏ, ÜRƏKLƏ YAZILAN ÖMÜR...
30.04.2026, 18:25 MƏDƏNİYYƏT
-
Ceyhun Bayramov BƏM hakimi vəzifəsinə namizədlə müzakirə apardı
30.04.2026, 18:05 SİYASƏT
-
Anar Ələkbərov Vatikanda: yeni sənəd imzalandı - FOTOLAR
30.04.2026, 17:29 GÜNDƏM
-
En Nesyri Səudiyyə Ərəbistanı liqasını “çalxalayır”
30.04.2026, 17:09 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
30.04.2026, 17:00 İQTİSADİYYAT
-
Elektron xidmətlər üzrə tənzimləyici pilot layihələr... - Prezident fərman verdi, yeni qaydalar təsdiqləndi
30.04.2026, 16:52 GÜNDƏM
-
Prezident İlham Əliyev ona "Şöhrət" ordeni verdi - Sərəncam
30.04.2026, 16:43 GÜNDƏM
-
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam
30.04.2026, 16:40 MƏDƏNİYYƏT
-
İkardi yola salınır – “Qalatasaray” məşhur hücumçunu göndərir, yeni oyunçular alır
30.04.2026, 16:28 İDMAN
-
İrpen şəhər Şurası İlham Əliyevi şəhərin fəxri vətəndaşı elan edib
30.04.2026, 16:27 GÜNDƏM
-
Tarix Əliyev: "19 yaşlı oğlan və 14 yaşlı qız hamamda nə edirdi?"
30.04.2026, 16:14 ŞOU-BİZNES
-
Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçilib
30.04.2026, 16:06 SİYASƏT
-
Birinci sinfə şagird qəbulu başlayır
30.04.2026, 15:24 GÜNDƏM
-
Paşinyan: "Ermənistan "kasıb qohum" statusundan qurtulmalıdır"
30.04.2026, 14:15 SİYASƏT
-
Yığmamız Pakistanı məğlub etdi
30.04.2026, 13:52 İDMAN
-
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTOLAR
30.04.2026, 13:46 İQTİSADİYYAT
-
Gəncədə məktəblilər arasında baş verən insidentlə bağlı - AÇIQLAMA
30.04.2026, 13:24 CƏMİYYƏT