Suriya və Türkiyədə 8 dəqiqə içində iki güclü zəlzələ olub

img

13-08-2024 [07:11]


Suriyanın Hama şəhərində Bakı vaxtilə saat 00.56-da güclü zəlzələ baş verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 5.2 bal gücündəki zəlzələnin episentri Türkiyənin Hatay şəhərinin Yayladağı rayonundan 102,96 kilometr uzaqlığa təsadüf edib.

Yerin 19,38 kilometr dərinliyində baş verən güclü təkan Türkiyənin Adana, Hatay, Qaziantep və Şanlıurfa vilayətlərində hiss olunub.

Zəlzələdən 8 dəqiqə sonra saat 01.02-də isə 3,8 bal gücündə zəlzələ təkrarlanıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR