Qaxda əməliyyat: 55 yaşlı İbrahim Nəsibov saxlanılıb

img

12-08-2024 [08:55]


Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 55 yaşlı İbrahim Nəsibov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, onun Dəymədağlı kəndindən keçən çayın sahilində əkdiyi, çəkisi 130 kiloqram olan 231 ədəd çətənə kolu və süni yaradılmış hovuzlar aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri may ayında becərdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, İ.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA