Avropa İttifaqı Qəzzada atəşkəslə bağlı çağırışı dəstəkləyir

img

09-08-2024 [16:30]


Avropa İttifaqı (Aİ) vasitəçi ölkələr olan ABŞ, Misir və Qətərin Qəzza zolağında əsir mübadiləsi və atəşkəslə bağlı səylərini dəstəkləyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib.

O bildirib ki, Aİ dözülməz savaşa son verilməsi üçün  əlindən gələni edir: "Tərəflər arasında saziş həm də regional gərginliyin azaldılmasına yol açacaq".

Xatıradaq ki, ABŞ, Misir və Qətər İsrail və HƏMAS-ı Qəzzada atəşkəs və məhbus mübadiləsi üçün avqustun 15-də Qahirədə və ya Dohada danışıqlara yenidən başlamağa çağırıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA