Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb

img

08-08-2024 [14:04]


Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, cari il iyun-iyul aylarında paytaxt sakini olan bir nəfərin aldadılaraq 98930 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub:

"Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Ruhiyyə Ramazanova müəyyən olunaraq saxlanılıb.

Saxlanılan şəxslə bağlı aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib", - deyə məlumatda qeyd edilib.

Hazırda araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq