Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
GÜNDƏM
06.08.2024, 12:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Sergey Şoyqunun səfərinin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında regionda gedən proseslərlə bağlı mütəmadi təmasların əhəmiyyətini qeyd etdi.
İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən Azərbaycan Prezidenti bunun ən yüksək və digər səviyyələrdə təmaslarda, eyni zamanda, ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini vurğuladı. Prezident İlham Əliyev bu məsələlərlə bağlı mütəmadi olaraq Prezident Vladimir Putin ilə müzakirələrin aparıldığını bildirdi.
Hökumətlərarası komissiyanın fəal işlədiyini deyən dövlətimizin başçısı bu yaxınlarda Bakıda bu komissiyanın iclasının keçiriləcəyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin digər qurumları arasında da fəal təmasların olduğunu qeyd etdi.
Dövlətimizin başçısı iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, məhz “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla qeyd etdi.
Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirdi.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu nümayəndə heyətinə səmimi və isti münasibətin göstərilməsinə görə minnətdarlığını bildirərək, bunun əsasında iki ölkənin dövlət başçıları arasında olan şəxsi münasibətlərin durduğunu dedi.
Sergey Şoyqu ölkələrimiz arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. O, ikitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini dedi. Bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirdi və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd etdi.
Sergey Şoyqu ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirdi.
Görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olundu.
Söhbət zamanı Ümummilli Lider Heydər Əliyevin xatirəsinə Rusiyada göstərilən ehtirama toxunularaq, Baykal-Amur Magistralının tikintisində Ulu Öndərin böyük rolu bir daha qeyd edildi, Prezident İlham Əliyevin bu ilin aprelində Moskvada Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirakının əhəmiyyəti vurğulandı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyədə saxlanılan vali əleyhinə paylaşım edənləri döydürürmüş
Bugün, 10:37 KRİMİNAL
-
Qəbələdə 10-dan artıq bürc yeri aşkarlanıb
Bugün, 10:25 MƏDƏNİYYƏT
-
Türkiyə millisinin futbolçusu evləndi - Xanımı nikah mərasimində elə şey dedi ki….
Bugün, 10:07 ŞOU-BİZNES
-
İki keçmiş əzəli rəqib bir komandada - Kazemiro Messi ilə yan-yana!
Bugün, 09:48 İDMAN
-
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü
Bugün, 09:46 İQTİSADİYYAT
-
Azərbaycan və Slovakiya arasında məxfi məlumatlar Sazişi imzalanıb - FOTO
Bugün, 09:43 SİYASƏT
-
Bakıda xüsusi notariusa cinayət işi açılıb
Bugün, 09:37 CƏMİYYƏT
-
Meksikada jurnalist yemək yediyi yerdə öldürüldü - FOTO
Bugün, 09:27 PRESS
-
ABŞ-ın İrana hücumunun 12-ci günü: ilk dəfə “B-1B Lancer” döyüşə qatıldı
Bugün, 09:14 GÜNDƏM
-
Məşhur rejissor saxlanıldı – “Niyə şəkil çəkirlər?”
Bugün, 09:06 MƏDƏNİYYƏT
-
RƏSMİ TEHRANDAN SƏRT XƏBƏRDARLIQ: "GÖZƏ GÖZ, DİŞƏ DİŞ" - “Bizim neft sata bilmədiyimiz bölgədə heç kim sata bilməz”
Bugün, 00:37 GÜNDƏM
-
Maduro və həyat yoldaşı yenidən məhkəmə qarşısına çıxarılacaq – Bu tarixdə
Bugün, 00:25 DÜNYA
-
RƏSMİ KİYEV BMT TŞ-nin TƏCİLİ İCLASINI TƏLƏB ETDİ – Qara dənizdə yük gəmilərinə hücuma görə
Bugün, 00:16 GÜNDƏM
-
Ordu generalı: “ABŞ İrana qarşı Üçüncü Dünya Müharibəsi üçün ehtiyatda saxladığı silahlardan istifadə edib”
Bugün, 00:06 GÜNDƏM
-
Konfrans Liqası: "Neftçi" ilk oyunda uduzdu
Bugün, 00:03 İDMAN
-
Rəsmi Ankara Husilərin blokada qərarını pisləyib - Bəyanat
22.07.2026, 18:13 DÜNYA
-
Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
22.07.2026, 18:00 GÜNDƏM
-
Azərbaycanda saxlanılan Qırğızıstan vətəndaşı Rusiyaya təhvil verildi
22.07.2026, 17:57 KRİMİNAL
-
Azərbaycan Biznesinin İnkişafı Fondu ilə bağlı qərar verildi
22.07.2026, 17:43 İQTİSADİYYAT
-
Avropaya açılan yeni etimad qapısı... - Əli Hüseynli yazır
22.07.2026, 17:43 SİYASƏT
-
ABŞ və İran bir-birlərinə zərbə endirir - İki ölkə vətəndaşlarına xəbərdalıq edib
22.07.2026, 17:14 GÜNDƏM
-
Elgün Soltanov Özbəkistanda tutulub
22.07.2026, 17:07 KRİMİNAL
-
Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edildi - FOTOLAR
22.07.2026, 17:03 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
22.07.2026, 17:00 İQTİSADİYYAT
-
Məhəmməd Salah, İqor Julio, Co Uillok və Johan Bakayoko… - “Beşiktaş” yeni ulduzları İstanbula gətirir
22.07.2026, 16:14 İDMAN
-
Diplomlar daha belə veriləcək - Yeni qanun
22.07.2026, 16:13 CƏMİYYƏT
-
"mygov"da yenilik: vəkil və bank etibarnaməsiin verilməsi asanlaşdı
22.07.2026, 16:08 CƏMİYYƏT
-
Sedat Pekeri canlı yayımda təhqir edən şəxs evində vuruldu – “Vəziyyəti ağırdır”
22.07.2026, 15:53 KRİMİNAL
-
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığı üzrə qurumlararası iclas keçirilib
22.07.2026, 15:44 MƏDƏNİYYƏT
-
İordaniya MN İranın yeni hücumu haqqında bəyanat yaydı
22.07.2026, 15:43 DÜNYA
-
CHP-də böhran: daha bir bələdiyyə sədri seçimini etdi
22.07.2026, 15:28 DÜNYA
-
Baş məşqçi Mia.az-ın suallarını cavablandırdı: "Görək, rəqibi necə dayandıra bilərik"
22.07.2026, 15:24 İDMAN
-
"Bakı Metropliteni" QSC-nin iş rejimi dəyişdiriləcək
22.07.2026, 15:05 GÜNDƏM
-
Özəl, yoxsa Kılıçdaroğlu? - CHP-nin keçmiş sözçüsü qərarını verdi
22.07.2026, 14:44 DÜNYA