Şagird yerdəyişməsi başlayır - Bu tarixdən

img

05-08-2024 [10:15]


Avqustun 8-də 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.

Mia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək: "Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR