08-07-2014 [12:51]
Artıq bir ildən
çoxdur ki, Xəzər TV-də "Tərs bucaq” adlı bir verilişlə tamaşaçıların görüşünə
gəlirəm. Veriliş, əsasən, xarici ölkələrdə baş verən və siyasi əhəmiyyət kəsb
edən məsələlərin şərhini təqdim edir. Əsas məqsəd də ondan ibarətdir ki,
dünyada informasiya inhisarçılığını həyata keçirən CNN, BBC, New York Times,
Associated Press, Reuters və s. kimi iri xəbər kanallarının üzərindən sükutla
keçdiyi məsələlər haqqında tamaşaçıları bilgiləndirək. Çünki Azərbaycan
auditoriyasına uzun illər təbliğ edilib ki, Qərb ölkələrində hər şey hər zaman
əladır, amma bizdə, sən demə, hər şey bərbaddır. Bizsə düşünürük ki,
Azərbaycanda bir çox sahələrdə ciddi problemlər olsa da bizi hər addımda
gözümçıxdıya salan Qərb ölkələrində də hər şey yolunda deyil. Bəzən bəzi tamaşaçılarımız
bundan yanlış nəticə çıxarır, bizi Azərbaycandakı problemlərə göz yummaqda
qınayırlar. Biz də yorulmadan izah edirik ki, "Tərs bucaq” verilişinin məqsədi
ölkəmizdə baş verənləri ört-basdır etməkdən ibarət deyil. Bu, sadəcə xarici
ölkələrdə baş verənlərə yönəlik bir verilişdir.
İş belə
olanda da iddia edirlər ki, Qərb ölkələri barədə yalan məlumatlar yayırıq.
Dəfələrlə olub ki, bu cür iddialara cavab vermək üçün sosial şəbəkələrdə
müzakirə və mübahisələrə ortaq olmuşuq. Hətta məcbur qalıb verilişdə
səsləndirdiyim faktların mənbələrini də paylaşdıqdan sonra məni ittiham edən
dostlarım rahatlanıblar və səhv düşündüklərini anlayıblar.
Bir də onu
qeyd edim ki, hər dəfə veriliş efirə getdikdən bir neçə dəqiqə sonra onun
videoyazısını dərhal YouTube-da yayınlayır, ardından da sosial şəbəkələrdə
paylaşırıq ki, baxmaq imkanı olmayanlar, yaxud da təkrar baxma ehtiyacı
duyanlar baxa bilsinlər. Bütün bunlarla bərabər, Facebook-da "Azər Həsrətlə Tərs
bucaq” adlı ayrıca səhifə də açmışıq. Və bu səhifədə hər həftənin başlanğıcında
izləyicilərə müraciətlə növbəti bazar günü müzakirə edəcəyimiz məsələlərlə
bağlı fikir mübadiləsi aparırıq. Örnək üçün, son həftələr ərzində bir neçə
mövzunu məhz Facebook səhifəmizin izləyicilərinin xahişilə ekrana daşımışıq.
Yəni bütün bunları ona görə edirik ki, tamaşaçılarımız da ekrandan göstərilən
məsələlərin müzakirə və şərhində iştirak edə bilsin.
Amma yenə də bizdən narazı qalanlar var. Və yenə
də iddia edirlər ki, niyə Azərbaycandan danışmırıq. İndi mən bunlara necə izah
edim ki, verilişin məqsədi məhz xarici ölkələrdə baş verən proseslərə işıq
tutmaqdır? Axı mən Xəzər TV-yə məhz xaricdə baş verən və elə də geniş
işıqlandırılmayan məsələləri şərh etmək üçün dəvət edilmişəm. İndi durub necə
deyim ki, bunu deyil, Azərbaycanda baş verənləri şərh edəcəm? Zatən bu kanalda
və başqa TV-lərimizdə ölkəmizdə baş verən olaylar eninə-boyuna müzakirə və şərh
edilir axı. Hə, əgər o şərh və müzakirələrdən narazısınızsa, tənqid edəcəyiniz
şəxs mən deyiləm. Həmin müzakirə və şərhlərin müəlliflərini tapın, onlarla
mübahisə və müzakirə açın.
İş ondadır ki, məni tənqid edənlər ölkə içi
olaylardan xəbər verənləri elə də tənqid edə bilmirlər. Bu da çox sadə bir
səbəbdən baş verir: həmin şəxslər bu cür tənqidlərə, müəyyən istisnalarla,
fikir belə vermirlər. Amma mən hər kəsin fikirlərinə, ən sərt tənqidlərinə
təmkinlə yanaşır, mütləq reaksiya verir və qarşı tərəfə sayğıda qüsur etmirəm. Di
gəl ki, qarşı tərəf olduğunu iddia edənlərdən bəziləri (yaxşı ki, onların sayı
çox deyil – A.H.) normal müzakirə qaydalarından kənar, bəzən də küçə
səviyyəsində ifadələrlə başlarını başlara qoşmaq istəyirlər. Bax, bu adamlarla
mənim müzakirə edəcəyim heç bir məsələ ola bilməz! Maraqlısı da odur ki, bu cür
küçə səviyyəli ünsürlər hər şeydən, özəlliklə də hakimiyyətdən narazılardır və
iddia edirlər ki, onların təmsil etdiyi qüvvələr hakimiyyətə gəlməlidir! Bunun
adı fəlakət olsa gərək! İndi belələrinə necə izah edim ki, siz hələ adamla adam
kimi müzakirənin nə olduğunu anlamırsınız, hakimiyyət başına necə gələ
bilərsiniz?
Sonda bir daha qeyd etmək istərdim ki, "Tərs
bucaq” xarici ölkələrdə, özəlliklə də qüsursuz demokratiya olduğunu iddia edən
ölkələrdə bizim kimi ölkələrin insanlarından gizlədilən məsələlərə işıq tutmaq
üçündür. Bunu anlamaq çətin olmasın gərək, deyilmi?
Bu
mövzuda müzakirə açmaq istəyənlər üçün:
Facebook
səhifəmiz: facebook.com/tersbucaq
Twitter kanalım: twitter.com/azerhasret
YouTube kanalımız: goo.gl/2hAIZS
Azer Hasret,
Yedi Devlet - Bri Millet Konseyi Başkanı,
Yalquzaq gazetesi sahibi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq