İsrailin şimalı uçuşlara bağlanıb - Gərginlik böyüyür

img

31-07-2024 [09:40]


İsrail rəhbərliyi Beyrut və Tehranda HƏMAS liderinin öldürülməsindən sonta bölgədə yaranan gərginliklı bağlı təhlükısizliyi gücləndirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökumətin qərarı ilə ölkənin şimalı bütün növ uçuşlara qapadılıb.

İsrail mətbuatı yazır ki, uçuş qadağası 24 saat ərzində həyata keçiriləcək: "Bölgədəki quru yollarda isə heç bir məhdudiyyət tətbiq olunmayıb".

Xatırladaq ki, İsrail ordusu dünən Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.

Bu gün səhər tezdən isə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülüb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR