Murad Allahverdiyev Paris-2024-də 1/4 finala yüksəlib

img

30-07-2024 [20:32]


Azərbaycanın boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Mia.az xəbər verir ki, 80 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Abdelrahman Abdelcavvadla üz-üzə gəlib.

Rəqibini üstələyən idmançımız 1/4 finala adlayıb. O, bu mərhələdə avqustun 2-si, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər boksçusu Alfonso Dominqes 1/4 finala yüksəlmişdi(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA