Sabiq deputatı aldadan şəxsə 7 il cəza kəsildi - 157 minlik qalmaqal

img

30-07-2024 [14:38]


Sabiq deputat Hacı Salayevə qarşı 157 min manat dələduzluq etməkdə təqsirli bilinən “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfova hökm oxunub.

Məlumata görə, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmədə Tural Nəcəfova hökm oxunub.

Xatırladaq ki, prokuror Tural Nəcəfovun 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi, sabiq deputat Hacı Salayev, həmçinin Nəcib Səlimov və Bəxtiyar Məmmədov tanınıb.

Araşdırmalar zamanı məlum olub ki, Tural Nəcəfov özünü geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edərək zərərçəkmişlərin inam və etibarını qazana bilib.

Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyinə 265 min 721 manat, Hacı Salayevə isə 157 min manat zərər dəyib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA