Ani qərarla seçkidən geri çəkilən deputat: "Artıq yorulmuşam"

img

29-07-2024 [12:09]


"Artıq yorulmuşam, istirahət etmək istəyirəm. Ailəm də gördü ki, mənim istirahətə ehtiyacım var".

Mia.az xəbər verir ki, bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin üzvü olmuş Vahid Əhmədov deputatlığa namizədliyini geri götürməsini izah edərkən deyib.

“Burada başqa heç bir problem yoxdur. Bu, özümün istəyimdir”, - deyə o əlavə edib.

Vahid Əhmədov yeni parlament formalaşana qədər deputat statusunda qaldığını xatırladıb: “Elmlə, yoxsa başqa bir işlə məşğul olacağımla bağlı qərarlar ondan sonra veriləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA