Ağadadaş Ağayev yaraladığı qadından niyə üzr istəmir? - Vəkildən maraqlı MÜSAHİBƏ
26-07-2024 [15:48]
Xalq artisti Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə müvəkkilinin “Medera” hospitalına baltalı hücumu ilə bağlı bütün suallara aydınlıq gətirib.
Vəkil Ağadadaş Ağayevin insident zamanı xəsarət yetirilən “Medera” hospitalının işçisi Nəzakət Paşayevadan üzr istəyib-istəməyəcəyindən danışıb, ümumiyyətlə barışıq təşəbbüsü haqda fikirlərini açıqlayıb. Bildirib ki, hazırda istintaq gedir, əllərində hadisənin digər videoları da var və onları yaymaq fikrindədirlər.
Vəkil Şəfa Camalzadə Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayev xuliqanlıq maddəsi ilə verilmiş ittihamı qəbul etmir.
- Yayılmış video həmin hadisədən sadəcə bir fraqmentdir. Oraya qədər və sonra baş verənlərin də videosu var.
- Həmin videolar ictimaiyyətdən niyə gizlədilib?
- Bu məsələ çox ictimailəşdiyindən və istintaq davam etdiyindən nə etsək, istintaqa təsir kimi qiymətləndirilə bilər. Həmin videolar istintaqdan sonra təqdim ediləcək.
- İnsidentdən sonra Ağadadaş Ağayevin həmkarınızla bərabər yayılmış fotosundan belə anlaşılır ki, qolunda xəsarət var. Qolu sınıbmı, yoxsa çat və ya əzik var?
- Bu haqda deyə bilməyəcəyəm, qolunda ağrılar var.
- İnsidentdən sonra belə xəbər yayıldı ki, Ağadadaş Ağayevin onkoloji xəstəliyindən psixoloji gərginliyi var. Bu, həqiqətən belədirmi?
- Bəli. Ağadadaş Ağayev ağır əməliyyatlar keçirib dəfələrlə.
- Əməliyyatlar bu hadisə ərəfəsində olub?
- Əməliyyat əvvəl olub. Belə xəstələr davamlı dərmanlar içirlər. Dərman qəbulunu bir qədər gecikdirən kimi, bir qədər yuxusuz qalan kimi dərmanların təsiri ilə güclü həyəcan vəziyyəti baş verir. Adam qulağından əməliyyatdan sonra səhərə qədər yatmayıb. Ağrıkəsicinin təsiri keçən kimi mühafizəçini çağırıb xahiş edib ki, onun evinə bir tibb bacısı göndərilsin. Çünki həmin klinikada əməliyyat olub.
- İnsident əsəbi halda deyilən sözə görə baş verib?
- Başlanğıcda hər hansı bir əsəbi hal yoxdur. Ağadadaş Ağayev evinin eyvanından 2-3 dəfə çağırıb ki, gəlib ona yardım göstərilsin. Küçədəki kameralara orada baş verənlər düşüb. Səs düşməsə də, hərəkətlərdən çox şeyi ayırd etmək olur. Hər tərəfdən çəkilmiş videolar var. Hazırda istintaq bu vidoeları paylaşmağa icazə vermir.
- Ağadadaş Ağayevin ilkin açıqlamalarında belə anlaşılırdı ki, ortada bir barışıq niyyəti var. Hazırda həmin niyyət qalırmı?
- Həmin gün olub. İnsana ağrıların təsiri altında qəribə bir güc gəlir. Adamın həm qulağındakı xəstəliyi, həm də onkoloji xəstəliyi ilə bağlı ağrıları olub. Onun hazırda gözündə də ağrılar var. Hadisə günü hesab edib ki, bu, adi bir hadisədir.
- Hadisədən sonra Ağadadaş Ağayevin sağlıq durumu nə yerdədir?
- Özünü tox tutmağa çalışır. Qolu, bədəni, başı, gözü əzilib.
- Hadisə zamanı Ağadadaş Ağayevin atdığı balta “Medera” hospitalının əməkdaşı Nəzakət Paşayevanın ayağına dəyərək zədələyib. Qadın hadisədən sonra müsahibə verdi və dedi ki, Ağadadaş Ağayevdən şikayətçi olmayacaq. Bəs Ağadadaş Ağayevin həmin qadından üzr istəmək niyyəti varmı?
- Bu, baş verməməsi gərəkən bir hadisə idi. Ortada cinayət işi var və indiki halda Ağadadaş Ağayevin Nəzakət Paşayeva ilə danışması qanunla yol verilmir.
- Nəzakət Paşayevanın hadisəyə birbaşa aidiyyəti yoxdur. Ağadadaş Ağayevin Nurəddin Cəlilova atdığı balta təsadüfən Nəzakət Paşayevanın ayağına çırpılıb və xanım xəsarət alıb. Buna görə ondan üzrxahlıq edilməsi doğru olmazmı?
- Qadın xəsarət alıbsa, özü barışıq istəyirsə, sağ olsun, əlbəttə ki, bu, minnətdarlıqla qarşılanmalı bir hadisədir.
- Bu mövzuda Ağadadaş Ağayevlə söhbətiniz oldumu?
- Ağadadaş Ağayevlə söhbətimiz oldu. Dedi ki, hadisənin təsiri altında orada kimsəni görmədim. Əlbəttə ki, görünməzə, bilinməzə bir kimsəyə xəsarət yetirilibsə, ciddi üzr istənilməli, təəssüf edilməli məqamdır. Ortada qəsd deyilən bir şey də yoxdur.
- Ağadadaş Ağayevin Nəzakət Paşayevadan üzr istəmək fikri varmı?
- Real olaraq ortaya bir şey qoyan olmayıb ki, belə bir hadisə baş verib və bu adam belə bir xəsarət alıb. Və bundan çıxış edərək kiməsə deyilsin ki, məni bağışla, sənlik bir şey yox idi. Sadəcə hadisə o qədər nəzarətdən çıxıb ki, həmin vaxt situasiyanı idarə etmək çətin olub. Ağadadaş müəllim də mətbuatdan oxuyub ki, orada xanıma xəsarət yetirilib. Çox təəssüfdoğurucu bir durumdur. Hazırda Ağadadaş müəllimin sağlıq durumu yaxşı deyil. Hər halda bu məsələ də digər situasiyalar kimi araşdırılacaq, üzə çıxacaq.
- Ağadadaş Ağayevin digər vəkili Asim Abbasovun mətbuata açıqlamasında mühafizəçi Nurəddin Cəlilovun əvvəllər məhkum olunması vurğulanırdı.
- Bəli, Asim müəllim bu məsələni üzə çıxarıb.
- Sizcə, Nurəddin Cəlilovun əvvəllər məhkum olunması ona balta tullamağa əsas verirmi?
- Asim Abbasov belə söz deməyib.
- Sadəcə təqdimat belə idi ki, qarşı tərəf əvvəllər məhkum olunub. Yəni məsələyə aidiyyəti olmadığı halda şəxsin əvvəllər məhkum olunması xüsusi qabardılırdı. Belə fikir formalaşırdı ki, sanki əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir.
- Bu fikirlə razı deyiləm və Ağadadaş müəllim də o fikirdə deyil ki, əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir, ona hansısa hücum olmalıdır. Bu hadisədə qəsd olmayıb.
- Ağadadaş Ağayevin bu hadisədən əvvəl mühafizəçi Nurəddin Cəlilovla hər hansı bir mübahisəsi, söz davası olubmu?
- Qətiyyən belə bir şey olmayıb. Sadəcə Ağadadaş müəllim onun mühafizəçi olduğunu bildiyi üçün ona müraciət edib ki, tibb bacısı çağırsın.
- Ağadadaş Ağayevin onkoloji xəstə olduğunu və psixoloji durumu da buna görə ağırdır?
- Belə deməyək, psixoloji durumunun ağır olduğunu deməyək. Onkoloji xəstədir.
- Bu hadisədən sonra Ağadadaş Ağayevin toylara getməsi doğrudurmu? O baxımdan ki, xəstəliyi ilə bağlı psixoloji durumunda gərginləşmə baş verər və əlinə balta və ya bıçaq keçər.
- Ağadadaş Ağayev 50 ildir ki, səhnədədir. 50 ildir ki, bu adamın aqressiv bir hərəkəti, davranışı olmayıb. Bunun kimsə şahidi olmayıb. Toylarda onunla birgə iştirak edən sənət yoldaşları da deyirlər ki, bu adam yumşaq bir adamdır.
- Ağadadaş Ağayevin xəstəliyi 50 il davam etmir ki... 3-5 ildir ki, baş qaldırıb.
- Ümumiyyətlə, o fikri Asim müəllim həmin insident anı üçün ifadə edib. Ağadadaş Ağayev gecə saat 3-də klinikadan çıxıb. Qulağındakı əməliyyat o saata qədər davam edib. Gecə heç yatmayıb, ağrı da dözülməz ağrı olub. Səhərə qədər yatmayıb, 70-ə yaxın yaşı var. Kimsə demir ki, orada düz olub və ya səhv olub. Biz sadəcə situasiyanı şərh etməyə çalışırıq.
- Ağadadaş Ağayevlə Nurəddin Cəlilovun üzləşməsi keçirilibmi?
- Ümumi deyə bilərəm ki, istintaq davam edir.
E.MƏMMƏDƏLİYEV,
Beyləqanda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərildi - FOTO
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
ABŞ-da qaçırılan kiçik təyyarə qəzaya uğrayıb
Elektron siqaretlərin qadağan olunması barədə yeni qanun ilk oxunuşdan keçdi - Detallar
Rumen Radevdən Azərbaycan Prezidentini təbrik edib - MƏTN
Sabah hava necə olacaq? - Proqnoz
Çin lideri İlham Əliyevə məktub göndərdi: "Bu il ərzində Sizinlə iki dəfə görüşmüşük və..."
Milli Məclisdə Amnistiya aktı müzakirə olunur
Milli Məclis bəyanat qəbul edib
Axtarışa verilən aparıcı Quran kitabı paylaşdı: "Ölkəmə dönəcəm"
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb
Spikerdən Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə sərt reaksiya: "Qətiyyətlə rədd edirik" - Komissiya yaradıldı
Türkiyədə daha bir jurnalist saxlanıldı - Şərhə görə
Rektorun müşaviri maşını əks istiqamətdə saxladı - VİDEO
Tofiq Yaqublu kassasiya şikayəti verib
ABŞ-da professoru evində, 11 nəfəri isə universitetdə güllələyən keçmiş tələbə ölü tapıldı - Təfərrüat
Sumqayıtda hoteldə yanğın olub (Yenilənib)
AVROPA UKRAYNAYA 90 MİLYARD KREDİT AYIRDI: "Bu borc yalnız Rusiya kompensasiya ödədikdən sonra geri qaytarılacaq"
"Qızıl külçə" işi: gömrükçülər hökmdən şikayət veriblər
Azərbaycan nefti cüzi bahalaşıb
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 170 şübhəli qandallandı
TFF qərar verdi - "Yeni Malatyaspor" daha aşağı liqaya düşürüldü
Konfrans Liqasında uduzan komandanın Baş məşqçisi: "Çox məyusam"
Baş katib Ukraynanın NATO-ya yolunu qapatdı, Putinə isə xəbərdarlıq etdi: "Praktik olaraq mümkün deyil, Rusiya isə bilməlidir ki..."
Məşhur müğənnilərin həbsi... - Türkiyəni çalxalayan əməliyyatdan yeni xəbər var (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" “Sabah”a uduzdu - Liderlikdə əldən çıxdı
Qəzzada gərginlik: üç uşaq yaralanıb
Putinin sözçüsü: "Bunu çox təhlükəli hesab edirik"
Kreml: "ABŞ rəsmiləri ilə yeni görüşə hazırlıq gedir"
Ziraat Türkiyə Kuboku: "Gənclərbirliyi" geri düşdüyü matçdan qalib
Konfrans Liqası: türk klubu Almaniyada gücünü sınayacaq
Leyla Əliyeva ÜST-in xüsusi nümayəndəsi ilə görüşüb
Vilayət Eyvazov Federasiya prezidenti seçilib
Amazon Web Services Azərbaycanda