"İstefa verməyəcəm" - Makron

img

24-07-2024 [00:40]


Fransa prezidenti Emmanuel Makron növbədənkənar seçkilərdə partiyasının uduzduğunu etiraf etsə də, yeni hökuməti qurmaq üçün avqustun ortalarına qədər gözləyəcəyini deyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, "France 2" və "Radio France"ın birgə yayımında danışıb.

O bildirib ki, yeni hökumətin formalaşmasını daha tez istəsə də, heç bir partiyanın çoxluq əldə etməməsinə görə bu proses gələn ayın ortalarına qədər uzanacaq: "Mənim istəyim hökuməti mümkün qədər tez formalaşdırmaqdır. Ölkəyə qərarlar qəbul edəcək, büdcə hazırlayacaq hökumət lazımdır...".

Makron istefa verib-verməyəcəyi ilə bağlı suala isə belə cavab verib: "Fransızlar mənə vəzifə veriblər, mən də onu tam icra edəcəyəm. İstefa verməyəcəyəm. Ölkəyə sabitlik arzulayıram".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA