Abşeronda işində 130 min dollar və 700 qram qızıl olan seyfi oğurlayan çinlilər tutulub

img

23-07-2024 [17:09]


İyulun 17-də Abşeron rayonu Saray qəsəbəsində yerləşən evlərdən birindən içərisində 130.000 ABŞ dolları və 700 qram qızl-zinət əşyaları olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Çin Xalq Respublikasının vətəndaşları — V.Zhijian və V.Hongfu ölkədən çıxmağa cəhd edərkən polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Onların üzərindən 17.306 dollar, 9586 BƏƏ dirhəmi, müxtəlif xarici valyutalarda olan pul əskinasları və 147 qram qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

Oğurlanan pul və zinət əşyalarının yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq