Türk hakimə Çempionlar Liqasının oyunu həvalə olunub

img

23-07-2024 [10:58]


Türk hakimə Çempionlar Liqasının oyunu həvalə olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bu gün Andorranın "Santa Coloma" və Danimarkanın "Midtjylland" komandaları arasında keçiriləcək matçı FIFA lisenziyalı türkiyəli hakim Abdulkadir Bitigen idarə edəcək.

Türkiyə Futbol Federasiyasından verilən açıqlamaya görə, Andorranın La Vella şəhərindəki Estadi Nacional Stadionunda Bakı avxtilə saat 22-da oynanılacaq qarşılaşmada Bitigenin köməkçiləri İbrahim Çağlar Uyarcan və Mustafa Savranlar olacaq.

Matçın dördüncü hakimi vəzifəsinə Ümit Öztürk, VAR-a Hakan Ceylan, AVAR-a isə Koray Gençerler təyin olunub.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb