Göyçayda əməliyyat: saxlanılanlar var

img

23-07-2024 [09:40]


Göyçayda polis əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xİdmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, tədbirlərlə Aydın Zeynalov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı 24 ədəd çətənə bitkisi və marixuana aşkar olunub.

Keçirilən digər tədbir zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş 53 yaşlı Mirkazım Hüseynov saxlanılıb. Ona məxsus həyətyanı sahədən çətənə kolları aşkarlanıb.

Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri bir neçə ay əvvəl əkdiklərini və aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

Faktla bağlı cinayət işiləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA