Komando hərbi hissələrinin snayper bölükləri təlimdə - VİDEO

img

18-07-2024 [10:07]


Quru Qoşunlarının 2024-cü il üzrə hazırlıq planına uyğun olaraq, komando hərbi hissələrinin snayper bölükləri və snayper ixtisaslı hərbi qulluqçuları ilə ixtisas toplanışı keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, toplanış çərçivəsində praktiki vərdişlərin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə hərbi qulluqçular snayper tüfənglərindən müxtəlif epizodlar üzrə praktiki atış çalışmaları yerinə yetiriblər.

Atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi, şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA