Bayden səhhətində problem yaranacağı halda seçkidən imtina edə bilər

Bayden səhhətində problem yaranacağı halda seçkidən imtina edə bilər

DÜNYA

17.07.2024, 09:24

ABŞ Prezidenti Cozef Bayden səhhətində problem olduğu halda seçkidən imtina edəcək.

Bu barədə Bayden BET telekanalına müsahibəsində danışıb.

“Mənim hansısa xəstəliyim olsaydı, həkimlər gəlib deyərdilər ki, filan problemin var”, - Bayden deyib.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyası prezident seçkilərində Donald Trampı prezidentliyə namizəd kimi rəsmən irəli sürüb./Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR