Bəzi bölgələrdə sel gözlənilir - Xəbərdarlıq

Bəzi bölgələrdə sel gözlənilir - Xəbərdarlıq

CƏMİYYƏT

16.07.2024, 13:12

Azərbaycanda iyulun 18-20-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Mia.az Milli Hidrometeorologiya Xidmətinə istiunadla bildirir ki, sözügedən tarixlərdə bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) yağıntıların leysan xarakterli olacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR