İzmirdə meşə yanğını: 3 nəfər ölüb

img

16-07-2024 [09:05]


Türkiyənin İzmir şəhərinə bağlı olan Çeşme rayonundakı meşədə güclü yanğın başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda yanğına həm havadan, həm də qurudan müdaxilə olunsa da, sondürmək mümkün olmayıb.

Məlumata görə, hadisə yerinə 2 yanğınsöndürən təyyarə, 4 helikopter, 16 yanğınsöndürən maşını, 3 su təchizatı maşını və digər texniki vasitələrlə yanaşı, xeyli canlı qüvvə göndərilib: "Külək səbəbindən yanğının sürətlə yayıldığı ərazidə bəzi evlərdəki insanlar ehtiyat tədbiri olaraq təxliyə edilib. Yanğının yaxınlaşdığı ərazidə olan qadın və iki uşağı jandarma tərəfindən xilas edilib. Təəssüf ki, alov içində qalan 3 nəfər həyatını itirib...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub