Əbülfəz Elçibəyin qardaşı oğlu namizədliyini irəli sürür
15-07-2024 [12:11]
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir sıra partiyalar namizədlərini müəyyənləşdirib. Eyni zamanda müəyyən şəxslər fərdi qaydada namizədliklərini irəli sürəcəklərini bildiriblər.
Sabiq prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev də seçkilərdə namizədliyini irəli sürmək niyyətindədir.
Mia.az xəbər verir ki, bu barədə Modern.az-a onun özü məlumat verib.
Saytımıza açıqlamasında Hürrü Əliyev vurğulayıb ki, namizədliyini irəli sürmək üçün iki seçki dairəsini nəzərdə tutub: "Növbədənkənar parlament seçkilərinin təyin olunacağı bəlli idi. Seçkilərdə hansı dairədən iştirak edəcəyimlə bağlı məsələ yaxın iki gündə bəlli olacaq. Bundan əvvəlki seçkilərdə 15 saylı Yasamal Birinci seçki dairəsindən namizədliyimi verib, yüksək səs toplamışdım. Seçkilərdə iştirakımla bağlı qərar qətiləşərsə, ya 15 saylı Yasamal Birinci seçki dairəsindən, ya da 7 saylı Ordubad-Culfa seçki dairəsindən namizədliyimi irəli sürəcəm. İstənilən seçki dairəsindən yüksək nəticə toplamağa əminliyimiz var. Lakin daha yüksək və dəqiq nəticəyə əmin olduğumuz üçün bu iki seçki dairəsindən birindən namizədliyimizi irəli sürəcəyik. Ümumiyyətlə, yüksək ehtimalla seçkilərdə namizəd olacam".
Hürrü Əliyev qeyd edib ki, ictimai-siyasi mühitdə olan şəxslər nəticədən asılı olmayaraq, seçkilərdə aktiv iştirak etməlidir: "Əsas odur ki, seçkilər dövlətimiz, millətimiz üçün xeyirli olsun. Seçkidə iştirak etmək vacib məsələdir. Seçki cəmiyyətin yeniləşməsi, demokratikləşməsinə xidmət edən amildir. İctimai-siyasi mühitdə olan adamsansa, nəticədən asılı olmayaraq, seçkilərdə iştirak etməlisən".
MİA.AZ
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin mayın sonunda Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb