Fransa Yeni Kaledoniyaya əlavə təhlükəsizlik qüvvələri göndərib

img

11-07-2024 [22:45]


Fransa öz ərazisindən 17 min kilometr uzaqlıqda yerləşən Hind-Sakit Okeandakı müstəmləkəsi Yeni Kaledoniyada xalqın qanuni tələblərini yatırmaq üçün təhlükəsizlik qüvvələrini artırmağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fransa hökumətinin göndərdiyi çoxlu sayda zirehli maşın və təhlükəsizlik qüvvələrini daşıyan gəmi  bu gün Yeni Kaledoniyanın paytaxtı Numeaya çatıb.

Məlumata görə, həmin qüvvələr adada müstəiqillik davası edənlərə qarşı səfərbərliyə cəlb olunacaqlar: "Adaya hərbi texnika və canlı qüvvələrlə yanaşı, “Centaure” tipli zirehli texnika və 160-dək yanğınsöndürən maşınlar da göndərilib".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA