Emre Belözoğludan boşalan posta təyinat olub

img

08-07-2024 [09:05]


Superliqadan aşağı liqaya düşən "MKE Ankaragücü"nün baş məşqçisi vəzifəsinə  təyinat olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi Emre Belözoğludan boşalan vəzifəyə Cihat Arslanı gətirib.

Klubdan verilən açıqlamaya görə, Cihat Arslanla artıq yeni müqavilə imzalanıb: "Komandamızın yeni baş məşqçisi Cihat Arslan ilə 1+1 illik müqavilə imzalanıb".

Xatıradaq ki, buna qədər “Şanlıurfaspor”u çalışdıran 54 yaşlı Arslan daha əvvəllər "Kocaelispor", "Eyüpspor", "Boluspor", "Göztəpə", "Karşıyaka", "Başakşehir", "Balıkesirspor", "Akhisar Belediyespor", "Adanaspor", "Çelik Zenica", "Manisa FK", "Kasımpaşa", "Yeni Malatyaspor" və "Şkupi" komandalarının sükanı arxasında olub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR