04-07-2014 [14:55]
"Nurgün Motors” şirkətlər qrupunun sahibi Nuru Əliyevin sponsorluq etdiyi "Rəvan” futbol klubunda olan problemlərlə bağlı oxuculara məlumat vermişdik.
Komandanın qapıçısı Kamal Bayramov mətbuata verdiyi müsahibədə "Rəvan”da ciddi problemlərin olduğunu təsdiqləyib. Bayramov "Futbol+” qəzetinə verdiyi müsahibədə "Rəvan”dakı qeyri-peşəkar idarəçilikdən, maliyyə problemlərindən, vergidən yayınmadan, ikili mühasibatlıqdan danışıb.
Türkiyənin "Girəsunspor” komandasından təklif alan qapıçının tarnsferinin qarşısını "Rəvan” rəhbərliyi bürokratik əngəllər törədərək alıb: "Mən müqavilə ilə "Rəvan”a məxsusam, bu klubun şərəfini qorumalıyam. Ancaq bunun üçün klub rəhbərliyi öhdəlikləri yerinə yetirməlidir. Verdikləri sözün üstündə dura bilmirlərsə, yaxud pulları yoxdursa, sənədlərimi versinlər, gedib özümə iş yeri tapım. "Girəsunspor” istəyirdi, ora keçməyə də imkan vermədilər. İndi də neçə ayın maaşını vermirlər. Üstəlik, "qal oyna” deyirlər.
Qapıçı "Rəvan”ın ona olan borcunu da açıqlayıb: "Rəvan”la bir ili 30 min dollara müqavilə bağlamışdım. Bu günə kimi həmin məbləğin cəmisi 22150 dolarını veriblər. Üstəlik, 1400 dolar da mükafatdan borcları qalıb. Hamısı bir yerdə təxminən 10 min dollar edir. Nə mənə olan borclarını, nə sənədimi, nə də başqa kluba keçməyimə icazə verirlər”.
Kamal Bayramov klubun sahibi Nuru Əliyevlə görüşə bilmədiyini bildirib: "Bəhruz, Samir və Füzuli müəllimlə, hətta mətbuat katibi Şamo bəylə söhbətim olub. Bircə Nuru müəllim qalıb. Onun yanına da girə bilmirəm. Qəbuluna da yazılmışam. İnanmıram ki, onunla görüşümə şərait yaradılsın. Deyəcəklər ki, futbolçudu, şikayətə gəlir. Klub rəsmisi kalkulaytoru qabağına qoyub deyir ki, o pulu sənə verə bilməyəcəyik. Necə yəni verə bilməyəcəksiz? Niyə verməməlisiz?”
Bayramov "Rəvan”da vergidən yayınmaq üçün futbolçularla ikili müqavilə bağlandığını da bildirib: "Biz azərbaycanlı futbolçuların bədbəxtliyi ondadır ki, müqavilə sənədinə aylıq 80-100 manat yazırlar, biz də imza atırıq. Bədbəxtik, hüquqlarımızı bilmirik, haqqımızı tələb etmirik. "Kişi sözünə” uyub razılaşırıq. Hansı ölkədə belə şey var? Kimə deyirsən adama gülür. Futbolçunu günahlandırmağa nə var ki. Gör bu insanlardan biri oturub fikirləşir ki, "Rəvan”ı elitadan düşürən əsas səbəbkarlar elə biz rəhbərlərik”.
Publika.az
"Sayğaclara texniki baxış, oxunma, pul yığımı, sızma və fasləsiz iş rejimi... - "Azəriqaz"da "qul əməyi" sistemi var
"MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB..." - Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi
"İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq" - ABŞ Müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Almaniya XİN başçısı Ceyhun Bayramova zəng edib
İran raket Türkiyə səmasında vurulub
Putin İranın yen ali rəhbərini belə təbrik etdi: "Əminəm ki, Siz atanızın işini şərəflə davam etdirəcək və..."
58 mindən çox şagird buraxılış imtahanı verdi: 9 nəfərdə telefon aşkarlandı... - Cavablar nə vaxt elan ediləcək? (YENİLƏNİB)
Sabah yağış və qar yağacaq
Naxçıvana birbaşa uçuşlar bərpa olunub
Türkiyədə zəlzələ olub
Polis 4 nəfəri 43 kq narkotiklə saxlanılıb
Azərbaycan və İran arasında yüklərin daşınması bərpa olunub
Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola salınıb
İran mediası: yeni dini lider seçilib (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - "Naxçıvana hücum araşdırılacaq"
Türkiyə Şimali Kiprə F-16-lar yerləşdirəcək
İran XİN başçısı Amerika mediasına danışdı: "İndi başqa bir atəşkəs istəyirsiniz?"- "Rusiya bizə müxtəlif sahələrdə kömək edir"
Ramazanın 19-cu gününün duası: imsak və iftar vaxtı
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb