Türkiyənin 16 şəhərində 45 İŞİD şübhəlisi tutulub

img

05-07-2024 [09:28]


Türkiyənin 16 şəhərində İŞİD şübhəlilərinə qarşı genişmiqaysslı əməliyyat keçririlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama yayıb.

Nazir bildirib ki, Ankara, Antalya, Aydın, Düzce, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kırşehir, Kilis, Kocaeli, Konya, Kütahya, Manisa, Sakarya və Şanlıurfada İŞİD terror təşkilatına qarşı əməliyyatda 45 şübhəli tutulub: "Onların yaşadıqları ev və iş yerlərində axtarış aparılıb. Nəticədə küllü miqdarda xarici valyuta, türk lirəsi, sənədlər və digəır əşyayi dəlillər götürülüb".

Nazirin sözlərinə görə, saxlanılanlar barədə müvafiq tədbirlər görülür: "Terrorçuların heç birinə ölkədə göz qırpmağa imkan verilməyəcək".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR