"Halal olsun ona, kişi adamdır, qalanları “bandit”di” - Müğənnimiz intihar edəcək

img

04-07-2014 [13:34]


"Bülbüllər — 1984” Respublika Mahnı Festivalının qalibi, müğənni Ziyəddin Səfərov intihar etmək istəyir. 

Bunu AzNews.az-a açıqlamasında müğənninin özü bildirib. O deyib ki, intihar etməsi fikrinə gəlməsinə səbəb açınacaqlı vəziyyətdə yaşaması və sosial problemlərinin həddindən artıq çoxluğudur: "Mənə kömək edin, ay vicdanlı adamlar! Dolana bilmirəm, borcun içində ölürəm. Borclu olduğum insanlar qapıma dirənib. Elə vəziyyətdəyəm ki, intihar etmək fikrinə düşmüşəm”. 

Z. Səfərov bu niyyətini həyata keçirməyə bir neçə dəfə cəhd etdiyini də bildirib:"Metronun "28 May” stansiyasının yanında özümü atmaq üçün yer axtardım, lakin tapa bilmədim. Yaşamaq istəmirəm. Heç kimin balasına, nə də özünə belə acınacaqlı həyat arzulamıram”. 

Binəqədidə kirayə qaldığını deyən müğənni bir vaxtlar onunla musiqi təhsili alan bu günün tanınmaşlarından heç bir dəstək görmədiyini də deyib: "Aybəniz Haşımova, Könül Kərimova və başqaları ilə görüşsəm də, danışsam da heç biri yaxına gəlmir. Televiziyaların qapıları üzümə bağlıdır. Bir "Xəzər”dən başqa hamısı pul umur. Yenə sağ olsun Zaur Kamal, "Xəzər”də aparıcısı olduğu "Ay Zaur” verlişinə çıxarıb məni. Halal olsun ona, kişi adamdır, qalanları "bandit”di”.

Özü haqqında məlumat verən müğənni bildirib ki, "Bülbüllər -1984” festivalının qalibi olduqdan sonra bu gün bir çox tanınmış müğənnilərlə — Aybəniz Haşımova, Gülüstan Əliyeva, Könül Kərimova ilə birlikdə 1987-ci ilədək Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb: "Amma ailə vəziyyətimlə əlaqədar bir müddət sənətdən uzaqlaşdım. On il sonra işləmək üçün Bakıya qayıtdım. Yeddi ildir Bakıda yaşayıram, əgər buna yaşamaq demək mümkündürsə. Çıxış yolunu intiharda tapacağam. Bu gün də olmasa sabah intihar edəcəyəm”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR