Keçmiş bələdiyyə sədri küçədə güllələndi - FOTO

img

03-07-2024 [10:36]


Türkiyənin Rize şəhırinin  Ardeşen rayonunda Tunca qəsəbə bələdiyyəsinn sabiq başqanı, AK Partiya üzvü Ahmet Naci Aytemiz güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə anının görüntüləri yayılıb.

Görüntüdən bəlli oldur ki, 56 yaşlı sabiq bələdiyyə kimləsə mübahisə edir. Həmikn adam silahını çıxararaq ona atəş açır.

Sinə nahiyəsindən güllələnən Aytemiz diz üstə yerə çökür.

Türkiyə mətbuatı yazır ki, hadisə dünən yerli vaxtla saat 15:00 radələrində Atatürk küçəsində baş verib. 

İddiaya görə, Tunca qəsəbəsinin keçmiş Bələdiyyə sədri H.K. adlı şəxslə iş yerində mübahisə düşüb: "Mübahisədə küçədə davam edib. Və H.K. adlı şəxs belindən çıxardığı tapança ilə keçmiş bələdiyyə sədri Naci Aytəmizə atəş açıb. O, təcili yardım  maşını ilə Kaçkar Dövlət Xəstəxanasına aparılsa da, həyatını xials etmək mümkün olmayıb"

Məlumata görə, hadisədən sonra 2 nəfər tutulub, bir nəfər isə axtarılır.

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA