Qəzzada savaş: indiyədək 8572 şagird həlak olub, 14 mindən çox isə yaralanıb

img

02-07-2024 [12:30]


Ötən ilin oktyabrın 7-də İsrailin hücuma başladığı Qəzzada 9 minə yaxın şagird həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi olan WAFA məlumat yayıb.

Agentlik Fələstinin Təhsil Nazirliyinin məlumatlarına əsaslanaraq, yazıb ki, Qəzza zolağında indiyədək 8 min 572-dən çox şagird ölüb, 14089 şagird isə yaralanıb. 

Məlumatda o da deyilir ki, savaşdan bəri İşğal altındakı İordan çayının qərb sahilində isə 100 şagird öldürülüb, 494 tələbənin yaralanıb, 349 şagird isə həbs olunub: "Bundan başqa, Qəzza və İordan çayının qərb sahilində 497 müəllim ölüb, 3402 müəllim isə yaralanıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:05 04.07.2024

Nazim Muradov saxlanılıb