Qəzzada daha bir jurnalist həlak olub

img

01-07-2024 [14:17]


Bu gün İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir fələstinli jurnalist həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin hökuməti bəyanat yayıb.

Bildirilib ki, "Şəms" Xəbər Agentliyində çalışan jurnalist Muhammed Mahmud Əbu Şəriə bombalanmada həyatı ilə vidalaşıb: "Bununla da 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayı 153-ə çatıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR