Cenk Tosun Avstriyaya meydan oxudu: "İndi intiqam vaxtıdır"

img

27-06-2024 [10:10]


Ötən gecə Avropa Futbol Çempionatında Çexiyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə tarxiə uğura imza ataraq növbəti mərhələyə yüksəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, matçın son dəqiqələrində qələbə qolunu vuran Cenk Tosun oyundan sonra iddialı açıqlama verib. 

O, növbəti turda yoldaşlıq oyununda 6-1 uduzduqları Avstriya matçı ilə bağlı suaları da cavablandırıb: "Komanda yoldaşlarımızla danışdıq. Bilirsiniz, onlara böyük hesabla uduzduğumuz oyun var. Bu, qursağımzda qalıb. İndi tam intiqam zamanıdır. Biz o oyuna yaxşı hazırlaşacağıq".

Hücumçu növbəti mərhələyə yüksəlməyin sevincini yaşadığıqlarını da sözlərinə əlavə edib: "Bu xoşbəxtliyi dilə gətirmək asan deyil. Komanda yoldaşlarımla fəxr edirəm. Qrupda ikinci olduq. Bu, hər şeyin başlanğıcıdır. Bizi dəstəkləməyə davam etsinlər".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR