AVRO-2024: Türkiyə və Gürcüstan 1/8 finala yüksəldi

img

27-06-2024 [00:57]


Bu gün Avropa çempionatının F qrupunda son turun oyunları keçirilib.

Mia.az xəbər verir ki, azərbaycanlıların da böyük maraq göstərdiyi Çexiya - Türkiyə matçında qardaş ölkə futbolçuları qalib gəlib - 2:1.

51-ci dəqiqədə Hakan Çalhanoğlunun qoluna 10 nəfərlə oynayan çexlər 66-cı dəqiqədə Tomaş Suçekin qolu ilə cavab veriblər.

90+4-də Genk Tossun qələbə qolunu vurub və oyun bu hesabla bitib - 2:1.

Qrupun digər oyununda isə Gürcüstan yığması gözlənilmədən Portuqaliyaya qalib gəlib - 2:0

Bu nəticələrdən sonra Portuqaliya və Türkiyə 6 xalla 1 və 2-ci yerin sahibləri kimi 1/8-ə yüksəliblər.

Gürcüstan yığması isə 4 xalla 3-cü yeri tutub və növbət mərhələyə vəsiqə qazanıb.

Çexiya isə yarışla vidalaşıb.

Türkiyə 1/8-də Avstriya ilə qarşılaşacaq.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA