AVRO-2024: 4 komandanın hər biri 4 xal topladı, yalnız Ukrayna "kursda qaldı"

img

26-06-2024 [21:59]


Bu gün Avropa çempionatının E qrupundun son oyunları keçirlib.

Mia.az xəbər verir ki, eyni saatda başlayan oyunlarda Slovakiya ilə Rumıniya görüşü bərabərə bitib - 1:1.

24-cü dəqiqədə Ondrey Dudanın vurduğu qola rumınlar  37-ci dəqiqədə Razvan Marin penalti zərbəsi ilə cavab veriblər.

Qrupun digər oyununda isə Ukrayna yığması Belçika milliləri ilə görüşdən "dişsiz" ayrılıb.

Oyun 0-0 bitib.

Bu nəticələrdən sonra qrupdakı 4 komandanın hər biri 4 xal toplasa da, rımınlar ən çox qol atan kimi birinci, belçikalılar 2-ci, slovakiylar isə 3-cü pilləni tuitaraq 1/8-ə yüksəliblər. Ukrayna isə 4 xala sahib olsa da, sonuncu yerin sahibi kimi turnirə tərk edib.

Fərid

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA