2 maskalı şəxs ev sahibinə xəsarət yetirdi, daha sonra isə... - Bakıda daha bir quldurluq

img

26-06-2024 [13:21]


Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadla bildirir ki, daxil olan məlumatla əlaqədar Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ruslan Hüseynli və 1984-cü il təvəllüdlü Cahid Əkbərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA