Mağazadan içki və siqaret oğurlayan tutulub

img

26-06-2024 [09:24]


Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində mağazadan oğurluq etməkdə şübhəli bilinən Nahid Hüseynov saxlanılıb.

Mia.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, o, tütün məmulatları və içki məhsulları oğurlamaqla mağaza sahibinə maddi ziyan vurmaqda şübhəli bilinir. Oğurlanmış məhsulların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA