Türkiyədə baba nəvələrinin gözü önündə başından güllələnib - FOTOLAR

img

25-06-2024 [12:27]


Türkiyənin Mersin şəhərində nəvələrini motosikletlə aparan baba başqa bir hərəkətdə motosikletdə olan şəxs tərəfindən güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə anının videogörüntüləri mediada yayılıb.

Bildirilib ki, hadisə Toroslar rayonu Efrenk Kordonu küçəsində baş verib: "56 yaşlı Salih Şahin nəvələri ilə motosikletdə hərəkətdə  olarkən onlara arxadan sürətlə yaxınlaşan başqa bir motosikletli şəxs tərfindən hücuma məruz qalıb. Başından tapança ilə vurulan Şahin hərəkətdə olan motosikletdənyıxılıb. Azyaşlı nəvələri həyəcanla qaçır, əraziyə toplanan şəxslər yaralını təcili xəstəxanaya çatdırıblar. Hazırda onun  vəziyyəti ağırdır. Hadisənin səbəbi araşdırılır".

Məlumatda deyilir ki, killer axtarılır.

Zülfiyyə

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR