Bakıda əməliyyat zamanı qətlə yetirilən polislərlə vida mərasimi - FOTOLAR (Yenilənib)

img

24-06-2024 [15:56]


İyunun 24-də törətdiyi cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılarkən qətlə yetirilən polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mirəli Heydərov və Mahir Ağayevlə vida mərasimi keçirilib.

Mia.az xəbər verir ki, vida mərasimində onların ailə üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

Onların xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır.

Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! Allah rəhmət eləsin!

***

Axtarışda olan şəxsin saxlanılması üçün Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovla Kürdəmirdə keçirilən vida mərasimi başa çatıb. 

Polis əməkdaşı Kürdəmir rayonunun Cəyli kənd qəbiristanlığında dəfn edilib. 

Dəfn mərasimində M.Heydərovun doğmaları, Kürdəmir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, bu gün həlak olan digər polis əməkdaşları – kapitan Eldəniz Məmmədov Bakıxanov qəsəbə qəbiristanlığında, serjant Mahir Ağayev isə Binə qəsəbə qəbiristanlığında dəfn olunub(Report)

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:00 28.06.2024

6 rayonda zəlzələ oldu