"Hizbullah": "İsrailin şimalındakı hərbi bazanı vurduq"

img

28-06-2024 [00:07]


Livandakı Hizbullah Hərəkatı İsrailin şimalındakı hərbi bazaya zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Hizbullah" Livan mediasına açıqlama verib.

Bildirilib ki, bu gün axşamüstü İsrailin Şimal Komandanlığının Birya kazarmasındakı raket və hava hücumundan müdafiə təyinatlı hərbi bazaya "Katyuşa" raketlər fırladılıb: "Bu, İsrailin Livanın cənubundakı Nəbatiyə və Səhmar qəsəbələrinə hücumuna cavab olaraq həyata keçirlib. Zərbələrimiz uğurlu alınıb".

İsrail ordusu faktı təsdiqləyib: "Livandan İsrailin şimalındakı Qaliley bölgəsinə 40 raket atılıb. Raketlərin böyük hissəsi Dəmir Qübbə hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib..."

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA