Sabahdan bəzi bölgələrdə hava şəraiti dəyişəcək - Xəbərdarlıq

img

27-06-2024 [18:02]


İyunun 28-29-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Mia.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR