"Xəbəri dərin kədər hissi ilə qarşıladım" - Prezident İlham Əliyev

img

24-06-2024 [10:59]


Prezident İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.

Mia.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli Sergey Alimoviç.

Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram".


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:00 28.06.2024

6 rayonda zəlzələ oldu