Dağıstanda dini məkanlara hücum: 7 polis həlak olub, 12-si yaralanıb - VİDEO, FOTOLAR

img

23-06-2024 [22:03]


Rusiyanın Dağıstan vilayətinin iki müxtəlif şəhərində terror hadisəsi yaşanıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Mahaçqala və Dərbənd şəhərlərində naməlum silahlı şəxslər sinaqoq və kilsəyə hücum edib, onlara od vurublar.

Məlumata görə, hadisə yerlərində polislərlə terrorçular arasında atışma baş verib: "Nəticədə 6 polis əməkdaşı həlak olub, 12-i yaralanıb. Hər iki terror hadisəni törədənlər öldürülüb...".

"Reuters" isə yazıb ki, sinaqoq və kilsəyə od vurulub: "Bu hücumda bir keşiş və kilsənin mühafizəçisi həyatını itirib. Bundan başqa, 7 polis həlak olub. 25 nəfər isə yaralanıb... ".

Firudin Səfərli

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:00 28.06.2024

6 rayonda zəlzələ oldu