02-07-2014 [14:53]
"Hər kəs mənim yolu keçərkən qəzaya düşdüyümü zənn edir. Halbuki, yolun kənarı ilə gedərkən qəzaya düşmüşəm”.
Bunu Modern.az saytına açıqlamasında bir müddət öncə ağır qəzaya düçar olmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) əməkdaşı Ağanisə Sultanova deyib.
Hadisə bu il iyunun 19-da Səbail rayonu ərazisində baş verib. Jurnalist yaşadığı mənzilin yaxınlığında taxta yüklənmiş "VAZ-06" markalı avtomobili ilə vurulub.
Ağır bədən xəsarətləri almış Ağanisə Sultanova bir müddət Respublika Kliniki Xəstəxanasında müalicə olunub, indi evindədir.
Telejurnalist mətbuatda haqqında yazılan məlumatlardan narazılıq edib: "Ən yaralı yerim odur ki, haqqımda yanlış informasiyalar yazılıb. Guya, Səhiyyə Nazirliyi mənə kömək edib. Sizə deyim ki, qətiyyən heç bir köməklik olmayıb. Mənim ailəmin heç bir maddi köməyə ehtiyacı yoxdur. Ailəm və mən elə insan deyilik ki, kimdənsə maddi imkansızlığa görə nəsə istəyək. Səhiyyə Nazirliyi nəinki maddı yardım, heç mənəvi dəstəyini belə, göstərmədi. Ümumiyyətlə, nazirlik mənim ağır vəziyyətimlə maraqlanmayıb. Vəziyyətim bir az yaxşılaşandan sonra mətbuatda haqqımda yazılanların hansı məqsədə xidmət etdiyini öyrənmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin nömrəsini tapıb, onunla əlaqə saxladım. Vəziyyətim pis də olsa, Anar Qədirliyə "bu informasiyanı yaymaqda sizin məqsədiniz nədir? Belə yanlış məlumatların getməsi nə dərəcədə doğrudur? Axı mənimlə nazirlikdən heç kim maraqlammayıb” dedim. Amma, o, mənə tutarlı cavab vermədi”.
A.Sultanovanın sözlərinə görə, qəza keçirəndən sonra Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
"Çünki kəllə-beyin travması almışdım. İnanın, xəstəxanada gördüklərimdən dəhşətə gəldim. Cənab prezidenti səhiyyə sahəsinə bu dərəcədə diqqət və qayğı göstərdiyi vaxtda Respublika Kliniki Xəstəxanasında reanimasiya şöbəsində çox acınacaqlı hallar baş verir. Xəstələrlə kobud rəftar sözlə ifadə ediləsi deyil. Hətta, xəstələrə "potensial pul mənbəyi” kimi baxırlar. Məni evə buraxandan sonra halım yenə çox pis oldu. Məni ikinci dəfə "Semaşko”ya (Kliniki Tibbi mərkəz-red.) apardılar. Onu da deyim ki, "Semaşko”dakı tibbi personaldan çox razı qaldım. Çətin günümdə həmkarlarım da məni tək buraxmadılar. Yenə deyirəm. Səhiyyə Nazirliyi mənə heç bir formada köməklik göstərməyib. AzTV-nin sədr müavini İbrahim Məmmədov mənə çox köməklik etdi. Allah bütün həmkarlarımdan razı olsun”.
Qeyd edək ki, mətbuatda Səhiyyə Nazirliyinin xəstəyə göstərdiyi köməklik haqqında geniş informasiyalar yer almışdı.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq