Əkrəm İmamoğlu Türkiyə Bələdiyyələr Birliyinin sədri seçilib - Ərdoğan AKP-lilərə qəzəbləndi

img

07-06-2024 [15:51]


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu seçki ilə Türkiyə Bələdiyyələr Birliyinin sədri seçilib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 515 səslə AK Partiyadan olan rəqibi Trabzon Böyükşəhər Bələdiyyə Başçısı Əhməd Metin Gənc qalib gəlib. AKP-li namizəd nümayəndələrin cəmi 250-nin səsini toplaya bilib. 

Türkiyə mətbuatı yazır ki, AK Partiya nümayəndələrinin xeylisinin səsverməyə qatılmaması da İmamoğlunun rahat qələbə qazanmasına zəmin yaradıb. Elə bunu nəzərə alan Prezident Ərdoğan AK Partiyanın təşkilatı məsələlər üzrə sədri Yusuf Ziya Yılmazı danlayıb: "Ərdoğan bu biganəliyə çox əsəbiləşib...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA