Ərəblər İsmail Kartalı istəyir? - "Təklif gəlsə, niyə də getməyim?"

img

07-06-2024 [09:05]


Joze Mourinyonun gəlişi ilə "Fənərbağça"dan ayrılan baş məşqçi İsmail Kartal karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kartal Səudiyyə Ərəbistanı komandası "Əl Taavon"dan təklif aldığını təsdiqləyib.

Təklifin meneceri vasitəsilə gəldiyini ifadə edən Kartal bildirb ki, hələlik təklif rəsmi olmayıb: "Məndən Səudiyyə Ərəbistanında işləmək istəyib-istəmədiyimi soruşdular. Mən də "Niyə də olmasın?" dedim. Klubdan rəsmi təklif olsa, gedib görüşəcəm".

Xatırladaq ki, "Əl Taavon" Səudiyyə Ərəbistanı Liqasında 34 matçda 59 xal toplayaraq lmövsümü 4-cü yerdə başa vurub.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR