Məşhur futbolçu xəbəri təkzib elədi: "Fənərbağça"ya getmək niyyətim yoxdur"

img

07-06-2024 [00:34]


Joze Mourinyonu komandanın başına gətirməklə dünya futbol azarkeşlərinin diqqətini özünə cəlb edən "Fənərbağça"nın "Çelsi"nin ulduzu Raheem Sterlinqi heyətinə qatmaq üzrə olduğu xəbəri böyük ajiotaj yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İspaniya mediası "Çelsi"nin 29 yaşlı futbolçusu Rahim Sterlinqlə anlaşmağa çox yaxın olduğunu yazıb.

Lakin İngiltərə mətbuatına açıqlama verən məşhur oyunçunun meneceri bu xəbəri  təkzib edib: "Bu, doğru xəbər deyil. Sterlinqin hazırda Türkiyəyə transfer olunmaq istəmir. O, İstannbul klubuna getmək istəmədiyini dedi..."

Xatırladaq ki, "Çelsi"nin heyətində 43 matçda oynayan Sterlinq 10 qol vurub, 8 məhsuldar ötürmə edib. 

Onn "Çelsi" ilə 2027-ci ilə qədər müqaviləsi var.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR