AVRO 2024: 40 milyon avrtoluq oyunçu İngiltərə millisindən kənarlaşdırılır

img

06-06-2024 [16:18]


Futbol üzrə Avropa çempionatına az qalmış ölkələr öz heyətlərini formalaşdırmağa başlayıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, turnirin favoritlərindən sayılan İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt yaxın günlərdə heyətini açıqlayacaq. 

Məlumata görə, baş məşqçi öz siyahısını federasiyaya artıq təqdim edib: "O, hazırda məşqlərə qatılan 7 oyunçunun performansından razı qalmadığını bəyan edib. Onlardan biri də 27 yaşlı təcrübəli yarımmüdafiəçi Ceyms Meddisondur. Baş məşqçi onu da heyətdə görmək istəmədiyini rəhbərliyiə raport edib. Yəqin ki, bir neçə günə 26 nəfərlik yekun heyət elan olunacaq".

Xatırladaq ki, ötən yay 40 milyon funt-sterlinqə “Lester Siti”dən “Tottenhem”ə transfer olunan yarımmüdafiəçi zədə səbəbindən yaxşı mövsüm keçirə bilməyib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR