Mbappe məhsuldar ötürmələrin sayına görə Zidanla Anrini geridə qoyub

img

06-06-2024 [10:46]


Fransa yığmasının hücumçusu Kilian Mbappe Lüksemburqla yoldaşlıq görüşündən sonra məhsuldar ötürmələrin sayına görə Zinəddin Zidan və Tyerri Anrini geridə qoyub.

K.Mbappe qarşılaşma ərzində 2 məhsuldar ötürmə və bir qolla yadda qalıb.

Bir neçə gün öncə İspaniyanın "Real" klubuna transfer olunan hücumçu ötürmələrinin sayını 27-yə çatdırıb. Z.Zidan və T.Anrinin isə hərəyə 26 ötürməsi var. Bu göstəricidə Antuan Qrizmann birincidir (30).

Qeyd edək ki, Fransa millisi iyunun 5-də Lüksemburqla keçirilən yoldaşlıq görüşündə 3:0 hesablı qələbə qazanıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR