"Qalatasaray"ın sabiq baş məşqçisi "Latsio"dan istefaya göndərildi

img

06-06-2024 [09:35]


"Qalatasaray"ın sabiq baş məşqçisi "Latsio"dan istefaya göndərilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliya Seriya A-da çıxış edən "Latsio" klubu baş məşqçi İqor Tudorla yollarını ayırıb.

Klub ona gələcək karyerasında uğurlar arzulıayıb.

Xatırlaadq ki, 46 yaşlı xorvat mütəxəssis vaxtilə Türkiyənin “Karabükspor” və “Qalatasaray” komandalarının baş məşqçisi olub. O, 3 ay əvvəl, daha dəqiqi, martın 18-də “Latsio”nun sükanı arxasına keçmişdi.

Onu da qeyd edək ki, "Latsio" bu mövsüm A seriyasını 7-ci pillədə başa vurub.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR